Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2016-06-29

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirlərinin nəticələri müzakirə olunmuşdur:

 

  1. dövlət büdcəsindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair audit;
  2. Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərdən istifadəsinə dair audit.
  3. Rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyinin, çarpayı günlərinin icrasının, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrasının, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinə dair təhlil;
  4. .“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair təhlil.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı Audit proqramları  təsdiq edilmişdir.   

 

İclasda Hesablama Palatasının cari ildə nəzarət tədbirlərinin nəticələri üzrə göndərilmiş Təqdimatların icra vəziyyəti ilə bağlı məlumat dinlənilmiş, bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilmişdir.