Hesablama Palatasının əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər
Əlavə olunub: 2016-06-23

23 iyun – dövlət qulluğu günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər yüksək dövlət mükafatı ilə təltif ediliblər.

 

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə mükafatlandırılanlar arasında Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdirləri Mütəllimova Vəfa Allahverən qızı, Abasov Azim Heydər oğlu, Hüseynov Hilal Qorxmaz oğlu və Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin əməkdaşı Seyidov Şəkur Mir Möhsün oğlu da var və onlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.

 

Azərbaycan Respublikası Hesablama Palatasının rəhbərliyi və kollektivi Vəfa Mütəllimovanı, Azim Abasovu, Hilal Hüseynovu və Seyidov Şəkur Mir Möhsün oğlunu, həmçinin  təltif olunan  bütün dövlət qulluqçularını  təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.