Hesablama Palatasının sədri Vüqar Gülməmmədov beynəlxalq iqtisadi forumda iştirak etmişdir
Əlavə olunub: 2016-06-20

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Rusiya Federasiyasının Sankt Peterburq şəhərində keçirilən 20-ci beynəlxalq iqtisadi forumda iştirak etmişdir.

 

2006-cı ildən Rusiya Federasiyası Prezidentinin himayəsi və iştirakı ilə keçirilən iqtisadi forumda bir sıra ölkələrin başçıları və hökumət üzvləri, irimiqyaslı kompaniyaların rəhbərləri, tədqiqatçılar və iştirakçılar iştirak edir. Cari ildə forumda müzakirə olunmuş məsələlərin sayı 100-ü, iştirakçıların sayı isə 10000 nəfəri ötmüşdür.

 

Hesablama Palatasının sədri V. Gülmmmədov “Büdcə İqtisadi siyasətin aləti kimi” mövzusunda müzakirələrdə iştirak etmişdir. Həmin müzakirələrə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının büdcə və vergi komitəsinin sədri A. Makarov moderatorluq etmiş, Rusiya Federasiyasının maliyyə naziri, Kipr Respublikası Mərkəzi Bankının sədri, Rusiya Federasiyası Hesablama Palatasının sədri çıxış etmişlər. İqtisadi forumda Azərbaycan Respublikası ilə yanaşı İtaliya və Meksika Ali Audit Qurumlarının rəhbərləri, Çin və Belarus AAQ-larının müavinləri, həmçinin Serbiya AAQ-dan nümayəndə heyəti iştirak etmişlər.