Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2016-06-02

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:

 

  1. dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri  və Uşaq Evləri  İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
  2. dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şirvan şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
  3. dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin icrasına dair.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir nəzarət tədbiri ilə bağlı proqram  təsdiq edilmişdir.