Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxış etmişdir
Əlavə olunub: 2016-05-31

Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2016-cı il tarixli plenar iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilmişdir. Hesablama Palatasının sədri V. Gülməmmədov Palatanın rəyini millət vəkillərinə təqdim etmişdir.


Sədr  hazırlanmış rəyin hüquqi əsasları və məlumat bazası, həmçinin hesabat ilini xarakterizə edən makroiqtisadi meyllər barədə məlumat verərək  dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı Hesablama Palatasının rəyini diqqətə çatdırmışdır.

 

Dövlət büdcəsinin kəsiri, kəsirin maliyyələşmə mənbələri, eyni zamanda dövlət borcu barədə aparılmış təhlillərini nəticələri ilə bağlı məlumatları təqdim etdikdən sonra V. Gülməmmədov “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun təqdim olunduğunu, bu əsasdan da Hesablama Palatasının rəyinin müsbət olduğunu diqqətə çatdırılmışdır.  

 

Hesablama Palatası sədrinin Azərbaycan Respublikası Milli Məclisinin 31.05.2015-ci il tarixli plenar iclasında çıxışının tam mətni ilə saytın “Çıxışlar” bölməsindən tanış olmaq olar.