Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Respublikasında səfərdə olmuşdur
Əlavə olunub: 2016-05-30

Hesablama Palatasının sədri V. Gülməmədov Türkiyə Hesablama Məhkəməsinin Prezidenti cənab Recai Akyelin dəvəti ilə Türkiyə Respublikası Hesablama Məhkəməsinin 154-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün Ankara şəhərində səfərdə olmuşdur.

 

Hesablama Palatasının sədri V. Gülməmmədov qardaş ölkənin Ali Audit Qurumunuildönümü münasibəti ilə təbrik edərək bu tədbirdə iştirakından məmnunluq duyduğunu ifadə etmiş, hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə inamını bildirmişdir.

 

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın tədbir iştirakçılarına salamlama məktubu oxunmuş, Böyük Millət Məclisinin Sədri cənab İsmayıl Qəhrəman iştirakçıları salamlayaraq Türkiyə Respublikası Hesablama Məhkəməsinin yaranmasının 154-cü ildönümü münasibəti ilə təbrikini çatdırmışdır.

 

Tədbirdə Qətər Əmirliyi Audit Bürosunun Prezidenti, Səudiyyə Ərəbistanı Baş Audit Bürosunun Prezidenti, Şimalı Kipr Türk Respublikası Hesablama Məhkəməsinin Prezidenti çıxış edərək həmkarlarını təbrik etmişlər.

 

Səfər çərçivəsində Hesablama Palatasının sədri V. Gülməmmədov Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğan tərəfindən Türkiyə Məhkəməsinin ildönümü ilə əlaqədar 30 may 2016-cı il tarixində verilmiş ziyafətdə iştirak etmişdir.