İran İslam Respublikasının Tehran şəhərində ECOSAI təşkilatı tərəfindən “Ətraf mühitin auditi” mövzusunda təlim proqramı keçirilib
Əlavə olunub: 2016-05-26

İran İslam Respublikasının Tehran şəhərində ECOSAI təşkilatı tərəfindən 7 ölkədən 21 iştirakçı və 2 ölkədən 6 təlimçinin iştirakı ilə “Ətraf mühitin auditi” mövzusunda təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikası Hesablama Palatasını İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov və Sosial sahələrin auditi şöbəsinin böyük məsləhətçisi Elgün Atalıyev təmsil etmişlər.

 

Təlimdə ətraf mühitlə bağlı bir sıra mövzular üzrə çıxışlar və təqdimatlar edilmiş, müzakirələr aparılmışdır. İştirakçılar öz ölkələrinin AAQ-ları və aparılan ətraf mühit auditləri barədə təqdimatla çıxış etmiş, təcrübələri ilə bölüşmüşlər. Azərbaycan Respublikası Hesablama Palatası barədə təqdimat da iştirakçılara təqdim olunmuşdur.

 

Ümumilikdə 8 günü əhatə edən təlim proqramının sonunda iştirakçılara ECOSAI-nin “Ətraf mühitin auditi” mövzusunda təlim proqramında iştiraklarını təsdiq edən sertifikatlar təqdim edilmişdir.