Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları beynəlxalq seminarda iştirak etmişlər
Əlavə olunub: 2016-05-20

Azərbaycan Respublikasının Milli Məclisi 19-20 may 2016-cı il tarixlərində Parlament Tədqiqatları və Sənədləşmə üzrə Avropa Mərkəzinin (ECPRD) seminarına ev sahibliyi etmişdir.  Seminar “Maraq sahəsi: Parlament, iqtisadi və büdcə idarəciliyi” mövzusuna həsr olunmuşdur və seminarda Avropa Parlamentinin təmsilçiləri ilə yanaşı, Azərbaycan Respublikasının və 25 xarici  ölkənin 30-dan çox nümayəndəsi iştirak etmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları “Dövlət borcunun mahiyyəti və formalaşmasının mərhələləri” və “Azərbaycan Respublikasında dövlət maliyyəsinə parlament nəzarətinin təşkili: Hesablama Palatasının rolu” mövzularında çıxışlar etmiş və iştirakçıların suallarını cavablandırmışlar.