Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2016-05-20

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələrinə dair Hesabat müzakirə olunmuşdur.

 

İclasda nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilərək təsdiq olunmuş, həmin qərarın icrasını təmin etmək məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinə təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı Audit proqramları  təsdiq edilmişdir.