Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ukrayna Hesablama Palatasının sədri cənab Roman Maquta ilə görüşmüşdür
Əlavə olunub: 2016-04-06

Ukrayna Hesablama Palatasının sədri cənab Roman Maquta EUROSAI-ın Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun 6-7 aprel 2016-cı il tarixində Hesablama Palatasının ev sahibliyi və Ukrayna Hesablama Palatasının sədrliyi ilə keçirilən II toplantısında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasında olmuş və Palatanın sədri V.Gülməmmədovla görüşmüşdür.

Görüşdə hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.