Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İtaliya Respublikasının Hesablama Məhkəməsinin Prezidenti cənab Rafael Squitteri ilə görüşmüşdür
Əlavə olunub: 2016-04-06

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov EUROSAI-ın Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun 6-7 aprel 2016-cı il tarixində Hesablama Palatasının ev sahibliyi və Ukrayna Hesablama Palatasının sədrliyi ilə keçiriləcək II toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan  İtaliya Respublikasının Hesablama Məhkəməsinin Prezidenti cənab Rafael Squitterini qəbul etmişdir.

İtaliya Respublikasının Hesablama Məhkəməsinin Prezidenti cənab Rafael Squitteri Palataya gəldiyi üçün təşəkkür edərək iki ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir.

Daha sonra  Azərbaycan Respublikası Hesablama Palatası və İtaliya Respublikasının Hesablama Məhkəməsi arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılmışdır.