Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Respublikasının Sayıştay Başkanı Dr. Recai Akyellə görüşmüşdür
Əlavə olunub: 2016-03-10

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin tərkibində Türkiyədə rəsmi səfərdə olan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Respublikasının Sayıştay Başkanı Dr. Recai Akyellə görüşmüşdür.

Görüşdə ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri və birgə təlimlərin təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.