Hesablama Palatasının sədri V. Gülməmmədov Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2016-cı il tarixli plenar iclasında çıxış etmişdir
Əlavə olunub: 2016-02-23

Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında 2016-cı il üçün yenidən baxılmış dövlət büdcəsi ilə bağlı qanun layihəsinin müzakirəsi keçirilmiş və Hesablama Palatasının sədri V. Gülməmmədov layihə ilə bağlı məruzə etmişdir.

 

Məruzədə dövlət büdcəsinin gəlir  və xərclərinə yenidən baxılmanı şərtləndirən qlobal iqtisadi meyllər barədə məlumat verilmiş, nəzərdə tutulmuş dəyişikliklərin istiqamətləri ilə bağlı Palatanın mövqeyi səsləndirilmişdir.

 

V. Gülməmmədov dövlət büdcəsinin həm gəlir, həm də xərc istiqamətlərində nəzərdə tutulmuş artımların səbəblərini qruplaşdıraraq dəyişikliklərin əsasən iqtisadi islahatların tətbiqi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi  məqsədini daşıdığını bildirmişdir.

 

Hesablama Palatası sədrinin Azərbaycan Respublikası Milli Məclisinin 23.02.2016-cı il tarixli plenar iclasında çıxışının tam mətni ilə saytın “Çıxışlar” bölməsindən tanış olmaq olar.