Azərbaycan Respublikasının Hesablama Palatası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında Razılaşma Memorandumu imzalanmışdır
Əlavə olunub: 2016-02-02

Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərclərinin icrasına dövlət və ictimai nəzarətin gücləndirilməsi, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsinin təmin edilməsinə töhfə verilməsi, məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və alternativ informasiya mənbəyinin yaradılması məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında Razılaşma Memorandumu imzalanmışdır.

 

“Azərbaycan Respublikası Hesablama Palatasının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı” çərçivəsində imzalanmış bu Memorandum qanunvericiliklə Hesablama Palatasına  və İqtisadiyyat Nazirliyinə həvalə edilmiş funksiyaların yerinə yetirilməsi zamanı fəaliyyətin koordinasiyasını təşkil etməklə  vəzifələrin səmərəli şəkildə icrası istiqamətində əməkdaşlığı təmin edəcəkdir.