Azərbaycan Respublikasının Hesablama Palatası və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Razılaşma Memorandumu imzalanmışdır
Əlavə olunub: 2016-01-15

Razılaşma Memorandumu Azərbaycan Respublikası Hesablama Palatasının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin  Azərbaycan Respublikasının iqtisadi inkişafına yönəlmiş fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun olaraq təmin edilməsi məqsədilə imzalanmışdır. Memorandumun əsas məqsədi Hesablama Palatasına  və Dövlət Gömrük Komitəsinə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və qarşılıqlı fəaliyyətin digər aspektləri baxımından hər iki qurumun fəaliyyətinin koordinasiyası və əməkdaşlığının gücləndirilməsidir.

 

Memorandum Hesablama Palatasının Strateji İnkişaf Planında müəyyən edilmiş hədəflərə nail olunmasına, hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gömrük orqanlarının xətti ilə yığılması təmin edilən dövlət gəlirlərinin hesablanması və ödənilməsi sahəsində dövlət nəzarətinin və hesabatlılığın möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına xidmət edəcək.