Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2015-12-25

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir.  Kollegiya iclasında aşağıdakı nəzarət tədbirlərinin nəticələri üzrə Hesabatlar müzakirə edilmişdir:

 

  • dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;

 

  • dövlət büdcəsinin yerli xərclərindən Şamaxı rayon Təhsil şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;

 

  • dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Səbail rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair;

 

  • dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Mingəçevir şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair.   

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.