Azərbaycan Respublikası Hesablama Palatasında səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilmişdir
Əlavə olunub: 2015-12-23

Azərbaycan Respublikası Hesablama Palatasında 2015-ci il 14-22 dekabr tarixlərində Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Siyasəti Proqramı çərçivəsində gözlənilən Tvininq layihəsinə hazırlıq ilə əlaqədar səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilmişdir.

 

Seminar zamanı aparılmış müzakirələrdə əsas diqqət səmərəlilik auditi üzrə mövcud yerli və beynəlxalq təlimatların Azərbaycanda və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında qazanılmış müvafiq təcrübələr üzərində nəzərdən keçirilməsinə yönəlmişdir. Bu məqsədlə cəlb edilmiş beynəlxalq ekspert tərəfindən səmərəlilik auditi planının hazırlanması, audit tədbiri üzrə predmetin seçilməsi, sahə işinin aparılması, hesabatın hazırlanması, Parlament ilə aparılan iş və s. ilə əlaqədar qabaqcıl təcrübə barəsində məlumat verildikdən sonra  Palatanın aidiyyəti təşəbbüsləri nəticəsində əldə edilmiş təcrübə ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin, müzakirələrin gedişatında Birləşmiş Krallığın real təcrübəsindən faydalanmaq üçün bir neçə səmərəlilik auditi hesabatı təfsilatlı surətdə təhlil edilmişdir.

 

Keçirilmiş seminar və əlaqəli tədbirlərin yekunu olaraq Hesablama Palatasının səmərəlilik auditi üzrə potensialının gücləndirilməsinə töhfə verəcək tövsiyələr formalaşmış və gələcək təlim tədbirlərində isitifadə ediləcək praktik materiallar hazırlanmışdır.