Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədov Türkiyə Respublikasının Sayıştay Başkanı Dr. Recai Akyel ilə görüşmüşdür
Əlavə olunub: 2015-12-22

Cari ilin dekabr ayının 21-də Türkiyə Respublikasının Sayıştay Başkanı Dr. Recai Akyel Azərbaycan Respublikası Hesablama Palatasında olmuşdur.  Hesablama Palatasının inzibatı binası ilə tanış olan R. Akyeli daha sonra Palatanın sədri V. Gülməmmədov  qəbul etmişdir.

V. Gülməmmədov R. Akyelə Türkiyə Respublikası Böyük Millət Məclisinin Sədri İsmail Kahramanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasına səfəri çərçivəsində Palataya gəldiyi üçün təşəkkür edərək iki qardaş ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir.

 

Daha sonra  Azərbaycan Respublikası Hesablama Palatası və Türkiyə Respublikası Sayıştay Başkanlığı arasında formalaşmış sıx əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılmışdır.  

 

Görüşdə Türkiyə Respublikasının Milli Güvenlik Kurulu Baş Katibi Seyfullah Hacımüftüoğlu da iştirak etmişdir.