Kotirovka sorğusu üsulu ilə satınalınmaya dair bildiriş
Əlavə olunub: 2020-11-20

Azərbaycan Respublikasının Hesablama Palatası lisenziyanın satınalınması ilə əlaqədar kotirovka sorğusu həyata keçirir. İddiaçılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 27 noyabr 2020-ci il tarixdə saat 17:00-a qədər Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 30 noyabr 2020-ci il tarixdə saat 11:00-da  aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər. İddiaçılar kotirovka sorğusunun şərtlərinin əldə edilməsi üçün Hesablama Palatasına müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 33.
Tel nömrəsi: +994 (12) 493 32 11 (daxili 252)
Faks nömrəsi: +994(12) 493 60 86
E-mail: office@sai.gov.az
Əlaqələndirici şəxs: Nizami Alməmmədov