Bu gün Azərbaycan xalqı möhtəşəm tarixi qələbəni qeyd edir!
Əlavə olunub: 2020-11-10

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabr ayının 9-dan 10-na keçən (ötən) gecə xalqa müraciət edərək uzun illərdir həsrətində olduğumuz şanlı qələbəmizin müjdəsini verdi.

 

Qarabağın ürəyi Şuşanın alınmasından sonra ən böyük müjdə olan bu qələbə xəbəri milli qürurumuzun   rəmzi olan 9 Noyabr Bayraq Gününə təsadüf etdi. Bayram bayrama qarışdı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin nəfəsimizi tutaraq dinlədiyimiz xalqa müraciətindən sonra hamı ürəklərə sığmayan  sevincini ifadə etmək üçün  küçə və meydanlara axışaraq dövlətimizi, Vətənimizi və Ordumuzu alqışladı.


Birlik və həmrəyliyimizin təntənəsi olan bu qələbə 30 illik münaqişə tarixinin ən parlaq, ən möhtəşəm səhifəsidir və bütün ölkəmizdə  böyük coşqu  ilə qeyd edilir.

 

Azərbaycanın üçrəngli bayrağı və  ölkə başçısının adı ilə Vətənin hər qarış torpağı üçün canını fəda edərək şəhidlik zirvəsinə ucalan   Azərbaycan ogullarının   ruhları şad olsun!
Hər an Vətənin azadlığı və müstəqilliyi üçün qan tökməyə, can verməyə hazır olan müzəffər Azərbaycan əsgərinə salam olsun!

 

Hər zaman bizə sevinc  və qürur hissi yaşadan, bu qələbəni bizə bəxş edən  Azərbaycan Ordusuna eşq olsun!

 

Bütün təzyiqlərə rəğmən  yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qətiyyət və  siyasi iradə nümayiş etdirərək öz prinsipial mövqeyindən bir addım geri çəkilməyən, böyük zəfərimizin təminatçısı, xalqın qəhrəmanı Prezident, Ali Baş Komandan İlham Əliyev daim var olsun!
 

Qarabağ Azərbaycandır!