Satınalmaya dair bildiriş
Əlavə olunub: 2020-11-04

Azərbaycan Respublikası Hesablama Palatası tele-konfrans avadanlıqlarının və ofis avadanlıqlarının (kompüter, printer və s.) təkliflər sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

 

Maraqlanan təşkilatlar əsas şərtlər toplusunu əldə etmək üçün +994 (12) 4933211 (daxili 252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün təkliflər 19 noyabr 2020-ci il saat 17:00-a qədər qəbul olunur. İddiaçılar tərəfindən imzalanmış və möhürlənmiş təkliflər sorğusu təklifi ikiqat zərfə qoyularaq aşağıdakı ünvana təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 20 noyabr 2020-ci il saat 11:00-da aşağıda qeyd edilən ünvanda açılacaqdır.

 

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 33.

Tel nömrəsi: +994 (12) 493 32 11 (daxili 252)

Faks nömrəsi: +994(12) 493 60 86

E-mail: office@sai.gov.az

Əlaqələndirici şəxs: Nizami Alməmmədov