Hesablama Palatası xarici həmkarlarını Bərdə şəhərində törədilmiş erməni terroru barədə məlumatlandırmışdır.
Əlavə olunub: 2020-10-30

Hesablama Palatası xarici ölkələrdə fəaliyyət göstərən ali audit orqanları və bu orqanların beynəlxalq təşkilatlarını son günlərdə Bərdə şəhərinə edilmiş xain hücumlar barədə məlumat vermişdir.


Məlumatda Azərbaycan Respublikasının BMT və dünya ölkələri tərəfindən tanınan suveren ərazisinin 20,0%-ni 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan Respublikası yeni ərazilərin istila olunması arzusunu reallaşdırmaq istəyinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu  tərəfindən əks-hücum əməliyyatlarına başlanılması, aparılan uğurlu əməliyyatların nəticəsi olaraq işğal altında olan ərazilərin bir hissəsi azad edilməsi əks etdirilmişdir. 


Eyni zamanda xarici həmkarlara Ermənistan silahlı qüvvələrinin döyüş meydanında məğlubiyyətlərinin əvəzini dinc əhalidən çıxmaq cəhdləri, hərbi əməliyyatların aparıldığı ərazilərindən çox uzaqda olan şəhərlərin çox zaman Ermənistan Respublikasının ərazisindən aatəşə tutulması barədə məlumat verilmişdir. 

 

28 oktyabr 2020-ci il tarixində isə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutması, Bərdə şəhərinə xaincəsinə və qadanğan olunmuş silahlarla edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxsin həlak olması və 70-dən çox insan ağır yaralanması diqqəyə çatdırılmışdır. 

 

Məlumatda hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınmasının Ermənistanın terrorçu mahiyyətinin bir daha nümayiş etdirməsi, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və bu cinayətə görə ölkənin Baş naziri və Müdafiə naziri də daxil olmaqla Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıması bildirilmişdir. 

 

Məlumat  Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, həmçinin bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın, ASOSAI-ın, ECOSAI-ın Prezidentlikləri və Baş Katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin ayrı-ayrı ölkələrin ali audit orqanlarına təqdim edilmişdir.