Hesablama Palatası xarici həmkarlarını Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlandırmışdır
Əlavə olunub: 2020-10-16

Hesablama Palatası 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunmasına dair razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bu razılığı kobud şəkildə pozmağa davam etməsi, mülki şəxslərə qarşı cinayətlərin törədilməsi ilə bağlı xarici ölkə həmkarlarını məlumatlandırmışdır.

 

Məlumatda beynəlxalq hüquqa cidd olan bütün addımlara əl atan Ermənistan ordusunun oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması, bu səbəbdən də 10 nəfərin həlak olması, çoxsaylı insanın yaralanması yer almışdır.

 

Həmçinin, düşmən tərəfindən Cənubi Qafqazda ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri ilə yanaşı Tərtər, Füzuli, Ağdam, Ağcabədi, Bərdə və ş. şəhərlərimizin daima raket atəşinə məruz qalması qeyd edilmişdir.

 

Hesablama Palatası bu məlumatı  Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, həmçinin bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın, ASOSAI-ın, ECOSAI-ın Prezidentlikləri və Baş Katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin ayrı-ayrı ölkələrin ali audit orqanlarına ünvanlamışdır.