Azərbaycan Respublikası Hesablama Palatası INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinə üzv qəbul edilmişdir
Əlavə olunub: 2015-09-16

 Azərbaycan Respublikası Hesablama Palatası beynəlxalq fəaliyyətini genişləndirmək yolunda növbəti addım olaraq 9 sentyabr 2015-ci il tarixindən etibarən INTOSAI-ın aparıcı qurumlarından biri olan Uyğunluq Auditi üzrə Alt-komitəyə tam hüquqlu üzv seçilmişdir.  

    Əsas məqsədi dövlət sektorunda uyğunluq auditi üzrə yüksək səviyyəli qlobal təlimatların hazırlanması olan alt-komitə 10 oktyabr 2004-cü il tarixində Budapeşt şəhərində yaradılmışdır. Qurum 2012-2016-cı illəri əhatə edən strateji mərhələdə aşağıdakı məsələlər üzrə məsuldur: 

    1. Tətbiq: AAQ-larda ISSAI 4000 silsilə standartlarının tətbiqindən sonra uyğunluq auditi ekspertlərinin regional şəbəkəsini yaratmaq 
    2. Uyğunlaşma (harmonizasiya): Peşəkar Standartlar Komitəsinin uyğunlaşdırma layihəsində iştirak etmək və uyğunluq auditinin əsas prinsiplərinə dair ISSAI 400 hazırlamaq 
    3. Təsdiqetmə: ISSAI 4000, 4100 və 4200 standartlarını təsdiqləmək və yeniləmək
    Sədrliyini Norveç Baş Auditor Ofisinin etdiyi alt-qurumun üzvləri Avropa Auditorlar Məhkəməsi, Braziliya, Cənubi Afrika, Çin, Fransa, Norveç, Gürcüstan, Hindistan, Litva, Macarıstan, Meksika, Namibiya, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Slovakiya və Tunis AAQ-larından ibarətdir. 

     Daha ətraflı məlumat üçün alt-komitənin veb-saytına müraciət edilə bilər: