Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2017-cı ilin İş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 10 analitik təhlil və 50 audit olmaqla 60, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 11 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilmişdir. Hesabat ilində nəzarət tədbirlərindən biri  növbəti ilə saxlanılmışdır.

 

2016-ci ilin İş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan bir audit də nəzərə alınmaqla 2017-cı ildə 60 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilmişdir. Həyata keçirilmiş altı tədbirin nəticələrinin Hesabat tərtib edilən müddətdə yekunlaşdırılması səbəbindən, həmin tədbirlər üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilsə də,  qurumlar tərəfindən həyata keçirilmiş tədbirlərlə bağlı müvafiq  məlumatlar növbəti ildə hesabata daxil ediləcəkdir.

 

2017-cı ilin İş planı üzrə başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2016-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 20,2% az olmuşdur. 

 

Hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 2, büdcə xərcləri üzrə 52, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 5 auditin nəticəsi üzrə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, hesabat ilində aparılmış nəzarət tədbirləri ilə  4 Açıq Səhmdar Cəmiyyətinin (ASC), 1 Qapalı Səhmdar  Cəmiyyətin (QSC) və 1 Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) maliyyə-təsərrüfat fəaliyyəti əhatə olunmuşdur.

 

Hesabat ilində iki nəzarət tədbirinin nəticələrinə məxfi qaydada baxılmış və  məlumatlar  müvafiq qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur.

 

Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə bağlı keçirilmiş nəzarət tədbirlərinin nəticələri isə Hesablama Palatasının Naxçıvan Muxtar  Respublikası üzrə İdarəsi tərəfindən müvafiq qaydada Naxçıvan Muxtar  Respublikasının Ali Məclisinə təqdim edilmişdir.

 

Dövlət büdcəsinin gəlirləri ilə bağlı həyata keçirilmiş audit dövlət vergilərinin və rüsumlarının mövcud qanunvericiliyə uyğun hesablanılması və ödənilməsi ilə yanaşı, dövlət büdcəsindən ayrılmış vəsaitləri də əhatə etmiş, dövlət əmlakından istifadə vəziyyəti araşdırılmışdır.

 

Hesabata Azərbaycan İqtisadi Universitetində 2016-cı ilin İş planına uyğun həyata keçirilməsinə başlanılmış, lakin həmin ildə başa çatdırılmamış və nəticələri 2017-ci ildə yekunlaşdırılmış auditin nəticələri də daxil edilmişdir.

 

2017-ci ildə audit ilə əhatə olunmuş qurumların sayı 135  olmuşdur. 

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti haqqında hesabat