Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

2015-ci ildə Hesablama Palatasının İş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatlar) üzrə 82 tədbir həyata keçirilmiş, bundan əlavə hesabat ilində  2014-cü il üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılmışdır.

 

Hesabat ilində nəzarət tədbirlərindən 78-i dövlət büdcəsinin gəlir və xərclərini, 4-ü büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərclərini, 24-ü Naxçıvan Muxtar Respublikasının büdcəsini əhatə etmişdir.

 

Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərindən 81-i audit tədbiri olmuş, 1-isə ekspert-analitik təhlil formasında yerinə yetirilmişdir.

 

2015-ci ildə Hesablama Palatası Kollegiyasının 33 İclası keçirilmiş, həmin iclaslarda 184 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Bu qərarlar Hesablama Palatasının cari və nəzarət fəaliyyətinin təşkili, metodoloji bazasının təkmilləşdirilməsi, həmçinin, qanun layihələrinə rəylərin və fəaliyyət üzrə hesabatın təsdiqlənməsi ilə bağlı olmuşdur.

 

Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirləri ilə bağlı Hesablama Palatası tərəfindən 134 təqdimat göndərilmiş, həmin təqdimatların əksər hissəsi mərkəzi icra hakimiyyəti orqanlarını əhatə etmişdir

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabat