Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirmək, həmçinin dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlamaq məqsədilə 2-si analitik təhlil olmaqla 82 nəzarət tədbiri həyata keçirilmiş, nəticələri barədə qərar qəbul olunmuş hər bir audit tədbiri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.

 

Hesablama Palatasının fəaliyyətinin təşkili, nəzarət fəaliyyətinin normativ-metodoloji təminatı, Palatanın hesabatlarına, qərarlarına, rəylərinə və s. məsələlərə baxılması məqsədi ilə 2014-cü il ərzində 41 Kollegiya iclası keçirilmiş və həmin iclaslarda 184 məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir.

 

 2014-cü il üçün İş Planına uyğun həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrini əhatə edən 122 təqdimat aidiyyəti qurumlara göndərilmişdir. Həmin təqdimatların 37,7%-i mərkəzi icra hakimiyyəti orqanları və onların yerli qurumlarını, 32,7%-i isə yerli icra hakimiyyəti orqanlarını əhatə etmişdir

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildəki fəaliyyəti haqqında hesabat