Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Hesabat ilində ali dövlət maliyyə nəzarətini həyata keçirən Hesablama Palatası maliyyə-büdcə nəzarəti fəaliyyətinin daha səmərəli və keyfiyyətlə icrasına xüsusi diqqət yetirmiş və  2013-cü ildə isə 75 audit tədbirinin keçirilməsi təmin olunmuşdur. 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbirlərindən 5-i (və ya 6,7%-i) dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması ilə bağlı olan fəaliyyəti, 70-i (93,3% -i), o cümlədən 59-u (nəzarət tədbirlərinin 78,7%-i)  müxtəlif qurumlar tərəfindən büdcə vəsaitlərinin, 7-si (nəzarət tədbirlərinin 9,3%-i) dövlət torpaq fondunun istifadəsi ilə bağlı fəaliyyətini, 4-ü isə (nəzarət tədbirlərinin 5,3%-i)  büdcədənkənar dövlət fondunun vəsaitlərini əhatə etmişdir.

 

Hesablama Palatasının fəaliyyətinin tənzimləməsi məqsədilə hesabat ilində Palatanın 33 Kollegiya iclası keçirilmiş və həmin iclaslarda Palatanın funksional vəzifələrinin icrası ilə bağlı 170 məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir. Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə əsasən Palata tərəfindən nəzarət tədbirinin predmetinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 132 təqdimat göndərilmişdir ki, bu da 2011 və 2012-ci ildə göndərilən təqdimatlardan müvafiq olaraq 75 ədəd (və ya 2,3 dəfə) və 32 ədəd (və ya 32%) çoxdur.       

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabat