Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

2012-ci ildə Hesablama Palatası tərəfindən 68 audit və 2 analitik təhlil işinin keçirilməsi təmin edilmişdir. Hesabat ilində 2010-cu illə müqayisədə 27 audit tədbiri (və ya 65,9%), 2011-ci illə müqayisədə isə 22 audit tədbiri (və ya 47,8%) çox aparılmışdır.

 

Hesabat ilində Hesablama Palatasının fəaliyyətini tənzimləmək məqsədilə Palatanın 31 Kollegiya iclası keçirilmiş və həmin iclaslarda Palatanın funksional vəzifələrinin icrası ilə bağlı 136 məsələ üzrə müvafiq qərarlar qəbul edilmiş, həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə əsasən Palata tərəfindən nəzarət tədbirinin predmetinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 100 təqdimat göndərilmişdir. Təqdimatların 27,0%-i nazirliklərə, 11,0%-i komitə və baş idarələrə, 4,0%-i büdcədənkənar dövlət fondlarına (təsisatlarına), 35,0%-i yerli qurumlara və 23,0%-i isə digər orqanlara göndərilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti haqqında hesabat