Hesablama Palatasının 2011-ci ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Əvvəlki illərdə olduğu kimi 2011-ci ildə də kənar dövlət maliyyə nəzarətini həyata keçirən orqan kimi Hesablama Palatası kredit sərəncamçılarında maliyyə intizamının daha da gücləndirilməsini, büdcə vəsaitlərindən sui-istifadə edilməsinin və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini, habelə sonrakı maliyyə-büdcə nəzarəti tədbirlərinin aparılması sahəsində fəaliyyətin genişləndirilməsini özünün prioritet vəzifələri kimi müəyyən etmişdir.

 

Hesabat ilində bu vəzifələrin icrası olaraq Hesablama Palatası maliyyə-büdcə nəzarəti fəaliyyətinin daha səmərəli təşkil olunmasına, nəzarət tədbirlərinin keyfiyyətlə həyata keçirilməsinə xüsusi önəm vermiş və 2011-ci ildə 46 audit və 7 analitik təhlil işinin keçirilməsi təmin edilmişdir.

 

Hesabat ilində Hesablama Palatasının fəaliyyətini tənzimləmək məqsədilə Palatanın 21 Kollegiya iclası keçirilmiş və həmin iclaslarda Palatanın funksional vəzifələrinin icrası ilə bağlı 79 məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci ildəki fəaliyyəti haqqında hesabat