Hesablama Palatasının 2010-cu ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2010-cu il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Hesabat ilində dövlət maliyyə nəzarətinin daha şəffaf, işlək və çevik olması, habelə büdcə vəsaitlərindən istifadə zamanı maliyyə intizamının daha da gücləndirilməsi və onun ölkədəki mövcud iqtisadi şəraitə adekvat olması, Palatanın nəzarət tədbirləri zamanı büdcə vəsaitlərindən sui-istifadə edilməsinin və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması istiqamətində fəaliyyətin daha da genişləndirilməsi kimi aktual vəzifələrin icrası olaraq Palata özünün kənar dövlət maliyyə nəzarəti funksiyasının səmərəli və keyfiyyətlə yerinə yetirilməsinə xüsusi diqqət yetirmişdir.

 

Palata tərəfindən 2008-ci ildə 23 audit, 21 analitik təhlil işi və 1 monitorinq, 2009-cu ildə 31 audit və 10 analitik təhlil işi həyata keçirilmişdisə, 2010-cu ildə 41 audit və 6 analitik təhlil işinin keçirilməsi təmin edilmişdir. Göründüyü kimi, Palata nəzarət tədbirlərinin keçirilməsində sonrakı maliyyə-büdcə nəzarətinə daha çox üstünlük vermiş, hesabat ilində 2008-ci illə müqayisədə 18 audit tədbiri (və ya 78,3%), 2009-cu illə müqayisədə isə 10 audit tədbiri (və ya 32,3%) çox keçirilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2010-cu ildəki fəaliyyəti haqqında hesabat