Hesablama Palatasının 2009-cu ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Qanunvericilikdə aparılmış dəyişikliklər hesabat ilində Palatanın cari fəaliyyətini daha çevik təşkil etməyə, strukturunu təkmilləşdirməyə, səriştəli və nəzarət sahəsində böyük təcrübəyə malik olan mütəxəssisləri işə qəbul etməyə, nəzarət tədbirlərinin əhatə dairəsini genişləndirməyə və sayını artırmağa imkan vermişdir.

 

Belə ki, Palata tərəfindən 2007-ci ildə 3 audit və 20 ekspert-analitik tədbir, 2008-ci ildə 23 audit, 21 ekspert-analitik tədbir və 1 monitorinq həyata keçirilmişdisə, 2009-cu ildə 31 audit və 10 ekspert-analitik tədbirin keçirilməsi təmin edilmişdir.

 

Hesablama Palatasının fəaliyyətini tənzimləmək məqsədilə 2009-cu il ərzində Palatanın 25 Kollegiya iclası keçirilmiş və həmin iclaslarda funksional vəzifələrin icrası, o cümlədən maliyyə-büdcə nəzarəti tədbirlərinin keçirilməsi ilə bağlı 83 məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu ildəki fəaliyyəti haqqında hesabat