Hesablama Palatasının 2008-ci ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2008-ci il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Dəyişən iqtisadi şəraitə uyğun dövlət nəzarətini və dövlətin malik olduğu məhdud vəsaitlərin şəffaf, məqsədyönlü, məhsuldar və qənaətlə istifadə edilməsini təmin etmək üçün 2008-ci ildə “Hesablama Palatası haqqında” Azərbaycan Pespublikasının Qanununa müvafiq dəyişikliklər edilmiş, əməkdaşların maliyyə təminatının yaxşılaşdırılması ilə yanaşı Palataya əlavə səlahiyyətlər verilmişdir.

 

Hesablama Palatasına verilən əlavə səlahiyyətlər onun nəzarət tədbirlərinin keyfiyyətinə, sayına və əhatə dairəsinə təsir göstərmiş və 2008-ci ildə həyata keçirilmiş nəzarət tədbirlərinin sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artmışdır. Belə ki, Palata tərəfindən 2008-ci ildə 23 audit, 21 ekspert-analitik tədbir və 1 monitorinqin keçirilməsi təmin edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2008-ci ildəki fəaliyyəti haqqında hesabat