Hesablama Palatasının 2007-ci ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il ərzində kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Ümumi məlumat: 

 

Hesablama Palatasının 2007-ci ildəki fəaliyyəti müvafiq qanunlara, Palatanın təsdiq olunmuş İş planına və digər müvafiq normativ sənədlərə əsasən həyata keçirilmişdir.

 

2007-ci ildə İş planı üzrə 3 audit və 34 ekspert-analitik tədbirinin aparılması nəzərdə tutulmuşdur. Lakin Hesabat ilində Hesablama Palatasında həyata keçirilən təşkilati tədbirlərlə, mövcud məlumat bazasının gücləndirilməsi və hesabat formalarının təkmilləşdirilməsi zərurəti ilə əlaqədar olaraq yalnız 3 audit və 20 ekspert-analitik tədbir aparılmışdır.

 

2007-ci ildə Hesablama Palatasının 14 iclası keçirilmiş və bu iclaslarda 32 məsələyə, o cümlədən nəzarət tədbirlərinin nəticələrinə dair 3, normativ sənədlərin və audit standartlarının təsdiq edilməsi barədə 7, audit proqramlarının təsdiq edilməsi barədə 4 məsələyə baxılmışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci ildəki fəaliyyəti haqqında hesabat